AFAD-dan yeni açıqlama: Afterşoklar davam edir

24-04-2025, 00:13           
AFAD-dan yeni açıqlama: Afterşoklar davam edir
Bu gün İstanbulda qeydə alınan güclü zəlzələdən sonra bölgədə afterşoklar davam edir.
Bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) açıqlama yayıb.

Bildirilib ki, yerli vaxtla saat 17:55-də (Bakı vaxtı ilə 18:55-də) 3,5 maqnitudalı daha bir afterşok qeydə alınıb.

Yeraltı təkanların episentri 14,58 kilometr dərinlikdə yerləşib.

Hazırda aidiyyəti qurumlar vəziyyəti izləməyə davam edir və əhaliyə ehtiyatlı olmaq tövsiyə edilir.

Qeyd edək ki, İstanbulda 6,2 maqnitudalı zəlzələ baş verib. Bu səbəbsən şəhərdə bütün məktəb və universitetlərdə 2 gün tətil elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru