Ankaraya fındıq böyüklüyündə dolu yağdı Bu gün, 09:40 Türkiyənin paytaxtı Ankaraya günorta saatlarında leysan və dolu yağıb, küçələr və səkilər ağa bürünüb.Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.Məlumata görə, qəfil yağan dolu çöldə olan insanları və avtomobil sürücülərini çətin vəziyyətdə qoyub.Fındıq böyüklüyündə yağan dolu səbəbindən bəzi avtomobillərin kapotlarına kiçik ölçüdə ziyan dəyib. Facebook-da paylaş