Qəribə hadisə - Əməliyyatdan sonra ana dilini unutdu

26-04-2025, 09:34           
Qəribə hadisə - Əməliyyatdan sonra ana dilini unutdu
Türkiyənin Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan və ardından yaranmış damar tıxanmasından sonra ana dilini unudub və on ildən sonra ilk dəfə yalnız Danimarka dilində danışmağa başlayıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Əməliyyatdan sonra kişinin sağ qolu və ayağı zəifləyib. Həkimlər təcili angioqrafiya aparıb və aşkar edilmiş trombu çıxarıblar, lakin sonradan xəstə Danimarka dilində danışmağa başlayıb. Agentliyin məlumatına görə, o, 20 il Danimarkada yaşayıb, sonra Türkiyəyə qayıdıb və təxminən 10 il əvvəl Konyada məskunlaşıb.

“Beynimdə Danimarka dili var, amma türkcə heç nə deyə bilmərəm”, - kişi tərcüməçi vasitəsilə agentliyə açıqlamasında deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru