Bu iki qardaş ölkə arasında ticarət əlaqələri ARTIRILDI - 5 milyard...

26-05-2025, 09:18           
Bu iki qardaş ölkə arasında ticarət əlaqələri ARTIRILDI - 5 milyard...
Türkiyə və Pakistan arasında 5 milyard dollar məbləğində ticarət əlaqələri qurulacaq.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında görüşdə razılıq əldə olunub.

Görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Türkiyə lideri iki ölkə arasında hər sahədə, xüsusilə enerji, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın inkişaf etdirilməsini vurğulayıb. O, İstanbul-Tehran-İslamabad qatar xəttinin yaradılmasının vacibliyini, təhsil sahəsində konkret addımların atılmasına da qeyd edib.

Ərdoğan Fələstin məsələsində Pakistanın prinsipial mövqeyini təqdir etdiyini də dilə gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru