Göründüyü kimi, əsərin üstündə yazısı var. Və yazı ETRUSK ƏLİFBASINDA və ETE TÜRK dilindədir.

Dünən, 09:54           
Göründüyü kimi, əsərin üstündə yazısı var. Və yazı ETRUSK ƏLİFBASINDA və ETE TÜRK dilindədir.
NƏHAYƏT, MÜLAHİZƏLƏRİMİZ TAM HƏQİQƏTƏ ÇEVRİLİR
Mən deyən düz çıxır. Etruskların yaşayıb, sonradan Apenninə köçdüklərini söylədiyim ETE ELİNDƏ dünya alimlərini mat qoyan əsər Şanlı Urfadan azacıq şərqdə məşhur Göbəkli Təpə qazıntılarında tapılıb.

Göründüyü kimi, əsərin üstündə yazısı var. Və yazı ETRUSK ƏLİFBASINDA və ETE TÜRK dilindədir.
Müasir alimlər bu mürəkkəb arxitekturaya baxıb, onun kosmosla, kainatla, planetlərələ bağlı olduğunu, qədim xalqların kosmosla əlaqədə yaratdığını zənn edib, zənnlərində yanılırlar.
Yazı olan yerdə zənn işləmir. Yazı işləyir. Osa budur:
SEZ VS KİÇİLİR İL GECK CEİR UNULF
Bəzi saitlər çatışımır. Onları bərpa etsək, yazı belə bərpa olunar:
SEZ, V[A]S[İ] KIÇILIR. İL GEC[I]K[I]R. CEIR, əslində CAYIR (ÇAYIR-ÇƏMƏN) [Y]UNUL[U]F (YONULUB).
Yəni:
Sez, müşahidə apar, göz qoy, vasi - genişlik (yaşıllığın genişliyi) kiçilir. İl gecikir. Çayır-çəmən yonuluf (xırda və iribuynuzluların dırnaqları altda və quraqlıqdan).
Ete Türkünün öz qədim yurdunda yaratdığı ŞAH ƏSƏRİNİN ortasında cadar-cadar olmuş dairə YER KÜRƏSİDİR.
"Yerin dairəvi olduğunu bilirdimi antik dövrün adamı?" deyə, sual verir, dünya alimləri öz-özlərinə.
Dəfələrlə yazmışam, Kosmos tozundan yaranan kometanın dalınca müşahidə aparan və onun Mərduku (Yupiteri) və Marsı keçib Şəməşə (Günəşə) yaxınlaşdığını seyr edən 6 minillik Babil Astronomu ENLİL İSMƏ özünə sual verir:
Axı Kometanın Şəməşə yaxınlaşdığını necə müşahidə etmək olar? Və özü də cavab verir:
" U Kİ, ALƏM İÇRƏ BİR KÜRƏDİR YER HA !.."
Yəni Yerin Kürə şəklində olması işi asanlaşdırır - 150 km-lik uzunluqda olan Kometanın Şüasının (quyruğunun) müşahidəsində nə çətinlik var ki?
_____________________________________
Bu əsərin açılışı məndə hələlik tam deyil.
Onun barəsində geniş bilgi almaq istəyən hər kəs HAKAN KAHRAMANDAN bu linkdə oxuya bilər:
ndotrpoSsegf57yfMm2 180m1m0cPaaa9 6a3hMc2:tta2mtff31m41g51
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.