Təbrizli ustalarının əl işi olan xalça Livadiya sarayında

4-06-2025, 12:54           
Təbrizli ustalarının əl işi olan xalça Livadiya sarayında
Qacarlar nəslindən olan sonuncu İran şahı Əhməd şah Romanovlar sülaləsinin 300 illik hakimiyyətinin ildönümü münasibətilə Təbrizdə Çar ailəsi üçün peşəkar ustalara xalça toxutdurur.
Xalçanın üzərində çar II Nikolay, çarisa Aleksandra Feodorovna və gənc şəhzadə Alekseyin rəsmi toxunur və xüsusi missiya ilə saraya hədiyyə kimi göndərilir.
Bolşeviklər Çar ailəsini məhv edəndən sonra xalça saraydan yoxa çıxır və 1980-cı ildə bir qrup şəxs, başda Yulian Semonov olmaqla Berlində onu aşkar edirlər.
Xalça auksiona çıxarılır və 30 min dollara xalça kolleksiyaçısı, baron Eduard Aleksandroviç fon Falz-Feyn tərəfindən alınır.
1993- cü ildən isə O, Krımın Livadiya şəhərində sonuncu rus çarı II Nikolay və onun ailəsinin keçmiş yay istirahət yeri olan Livadiya sarayına hədiyyə edilir və bu günə qədər orda sərgilənir..
Təbrizli ustalar tərəfindən hazırlanan bu xalçanın hazırkı bazar qiyməti yüz min dollarla pul edir..
Dr. Zaur Əliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.