"Bizim əcdadlarımız olan Manna və Midiyalılar antik mənbələrdə "dağ əjdahası" adlanırdı."
5-06-2025, 08:54
Həmin mənbələrdə atropatenalılar "ən çox süvari döyüşçüsü və müharibə üçün hər şeyi olan cəsur xalq", "ən cəsur xalq", "məğrur xalq" adlandırılır. Ümumiyyətlə, Boz Qurddan əxz olunmuş bir çox mənəvi dəyərlər, inam və etiqadlar tarix boyu bizdə ciddi qorunub. Biz türklərdə döyüşüb qalib gəlmək psixologiyası, əxlaqı hökm sürürdüsə, farslar ancaq hiylə və xəyanətlə qalib gəlmək psixologiyası ilə yaşayır və mübarizə aparırdılar. Strabon yazır ki, farslar çara məxsus geyim hazırlamağı, at üstündə ox-yayla döyüşməyi, şalvar, qollu köynək geyməyi, keçə papaq qoymağı və s. Midiyalılardan (türklərdən) öyrəniblər. Farslar xəyanət yolu ilə siyasi hakimiyyəti ələ alsalar da yerli türk etnoslara yad, mədəni cəhətdən onlardan aşağı idilər". Tarix üzrə fəlsəfə doktoru X.Xəlilli, "Azərbaycan türklərinin etnogenezi və milli inkişaf tarixi" kitabından. Azərbaycanlıların səhifəsi TEREF