İslam dini və xristianlıq yaranmamışdan çox-çox öncə Türk Törəsində yazmışıq
5-06-2025, 15:04

İslam dini və xristianlıq yaranmamışdan çox-çox öncə Türk Törəsində yazmışıq:
6. Bir çoban sürüsündən, bir ər ailəsindən, bir xaqan öz ulusundan soruşular.
7. Hər kişi xanımına, atına, silah-sursatına sahib çıxacaq.
8. Ana-ataya, babaya təzim ediləcək.
9. Qohumu qucaqlayacaq, qonşuna göz-qulaq olacaqsan.
12. Hər kim kiminsə namusuna toxunsa həyatıyla cavab verəcək.
21. Qızı istəyən xaqan da olsa, bəy də olsa qız, özü istədiyinə ərə gedəcək.
Bilgə Xaqan Yazısı.
Türklər daşı oyub bu Törəni yazanda, hələ eradan əvvəl bu Törə ilə yaşayanda,imperiyalar quranda nə İslam dini var idi nə də xristianlıq. Həmin dövrdə ərəblər qızları diri-diri torpağa basdırır, qız uşaqların nömrələyir, kərtənkələ yeyirdilər. Dünya tarixçi və siyasətçilərinin çoxu yazır ki, Ərəb Xilafəti çökəndən sonra İslam dini lokal din kimi qalacaqdı, dünyaya o qədər də yayıla bilməyəcəkdi. İslamı dünyaya yayan türklərin qurduğu ucsuz-bucaqsız güclü imperiyalar (Səlcuqlar İmperiyası, Teymurilər İmperiyası,Osmanlı, Səfəvilər, Əfşarlar və s) olub. Roma İmperiyasını məğlub edib xristianlığı zəiflədənlər, Ayasofiyanı xristianlardan alanlar, 3 xaç yürüşünü darmadağın edənlər də türk milləti olub. Bu bizim yox, dünya tarixçilərinin fikridir. Biz azərbaycanlılar ərəb deyilik, bizim ərəb əxlaqına ehtiyacımız da yoxdur. İslam bizim müqəddəs dinimizdir, amma bizim minillər boyu yaratdığımız milli dəyərlərimiz var. Bizi biz edən də elə həmin dəyərlərdir. Biz ərəbləşməməliyik, farslaşmamalıyıq, ruslaşmamalıyıq. Öz zəngin dəyərlərimiz özümüzə bəsdir.
Milli mənəvi dəyərlərimizi qoruyaq, möhtəşəm keçmişimizi unutmayaq.
Azərbaycanlıların səhifəsi
TEREF