Qaramanoğulları bəyliyi ( 1250 — 1487 ) - Anadolunun son türk bəyliyi
Dünən, 15:54

Əsası 1250 - ci ilədə oba bəyi olan Sufi Nurəddin bəy ( Nurə Sufi bəy Qaramanoğlu ) tərəfindən qoyulan Qaramanoğulları bəyliyi oğuzların Əfşar boyundandır. Qaramanoğulları bəyliyinin ərazisi hazırkı türkiyə cümhuriyyətinin Qaraman bölgəsini əhatə edirdi. Sufi Nurəddin bəy 6 il ( 1250-1256 ) oba bəyi olduqdan sonra onun yerinə keçən Kəriməddin Qaraman bəyin hakimiyyəti dönəmində ( 1256-1261 ) Qaramanoğulları bəyliyi Anadolu bəylikləri içərisində özünün gücünə görə seçilməyə başladı. Sonrakı dönəmlərdə isə Qaramanoğulları bəyliyi Anadoluda ən güclü ailə və soy qəbul edilirdi. Buna görə də Osmanlı bəyliyi onlardan ilk başlarda uzaq durmuş, yaxşı böyüyüb gücləndikdən sonra Anadoludaki son bəylik olaraq Qaramanoğullarını özlərinə tabe ediblər. Bu güclü ailənin irəlidə problem çıxarmasını əngəlləmək üçün Osmanlı dövləti Qaramanoğlu ailəsindən olanları yeni fəth edilən Balkan torpaqlarına, oradan da Dunay sahilindəki Bolqar ölkəsinə və Kiprə sürgün etmişlər.
Bir məsələni də xüsusi bildirək ki, o dönəm Anadolu bəyliklərində hakim dairələrdə əsas dil kimi ərəb-fars dillərindən istifadə edilirdi və o dönəm üçün ilk dəfə olaraq 13 may 1277 -ci ildə Qaramanoğulları bəyliyindən Məhmət bəy tərəfindən verilən fərmana görə rəsmi dil türk dili elan edilir və rəsmi dairələrdə ərəb-fars dilləri qadagan edilir. Buna görədir ki, hər il 13 may tarixi Türkiyədə Dil bayramı kimi keçirilir.
M.Afət