Numan Kurtulmuş Türkiyə parlamentinə sədr seçildi

4-06-2025, 12:44           
Numan Kurtulmuş Türkiyə parlamentinə sədr seçildi
Türkiyə Böyük Millət Məclisində (TBMM) 28-ci qanunverici dönəmin ikinci dövrəsinin sədri seçilib.

5 namizədin yarışdığı seçkilər gizli səsvermədə Ədalət və İnkişaf Partiyası (AK Partiya) hazırkı TBMM sədri və İstanbuldan deputat Numan Kurtulmuş 329 səs toplayaraq yenidən TBMM sədri seçilib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) Artvindən deputatı Uğur Bayraktutan 118, Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) Diyarbəkirdən deputatı Osman Cengiz Çandar 18, İYİ Partiya İstanbuldan deputatı Mustafa Cihan Paçacı 26, Yeni Yol Partiyası isə Samsundan deputatı Mehmet Karaman 6 səs toplayıb.

Nəticələrə əsasən 11 səs isə etibarsız sayılıb.

Beləliklə, N. Kurtulmuş üçüncü turda keçirilən səsvermədə 301-dən çox səsin mütləq əksəriyyətini toplayaraq yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.