Türkiyədə 700 illik "Tövrat" əlyazmasını avtomobildə daşıyanlar saxlanılıblar

5-06-2025, 11:36           
Türkiyədə 700 illik "Tövrat" əlyazmasını avtomobildə daşıyanlar saxlanılıblar
Türkiyənin Kırşehir bölgəsində dəri üzərinə yazılmış 700 illik "Tövrat" əlyazması jandarm tərəfindən müsadirə edilib.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Kırşehirin Akpınar rayonunda yolda yoxlama aparan jandarm qrupları şübhələndikləri avtomobili saxlayıb. Axtarış zamanı 14-cü əsrə aid olduğu güman edilən əlyazma tapılıb.

Dəri üzərində yazılmış və simvollarla bəzədilmiş "Tövrat"ın üz qabığı və səhifələri naxışlarla bəzənmiş olub, məzmunu isə ivrit dilində mətnlərdən ibarət olub.

Hadisə ilə bağlı avtomobilin sürücüsü və yanındakı şəxs saxlanılıb. Müsadirə edilən "Tövrat" Kırşehir Muzey İdarəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma davam edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru