Türkiyədə qurban kəsimi zamanı 14 000-dən çox insan xəsarət alıb

Bu gün, 10:19           
Türkiyədə qurban kəsimi zamanı 14 000-dən çox insan xəsarət alıb
Türkiyədə Qurban bayramının ilk günündə 14 mindən çox insan qurbanlıqların kəsilməsi zamanı xəsarət alıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu məlumat verib.

"Qurban bayramının ilk günündə 81 vilayətdə ümumilikdə 14 372 nəfər, o cümlədən paytaxt Ankarada 1 049, İstanbulda 753, Konyada 655, Qaziantepdə 634 və Manisada 572 nəfər qurban kəsimi zamanı aldıqları xəsarətlərlə əlaqədar tibb müəssisələrimizə müraciət edib", - deyə o, "X" sosial şəbəkəsində yazıb.

Memişoğlu vətəndaşlara ciddi xəbərdarlıq edərək, qurban kəsimi mərasimlərinin mütləq peşəkarlar tərəfindən həyata keçirilməsinin vacibliyini vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.