Fidan: "Türkiyə İranda baş verən hadisələri yaxından izləyir"

14-06-2025, 08:44           
Fidan: "Türkiyə İranda baş verən hadisələri yaxından izləyir"
Türkiyənin rəsmi qurumları İsrailin İrana hücumundan sonra hadisə ilə bağlı vəziyyəti nəzərdən keçirib, Ankara hadisələri yaxından izləyir.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada keçirilən təhlükəsizlik iclasının nəticələrinə dair çıxışında bildirib:

“Ölkəmiz regionumuzda yaşanan təhlükəsizlik risklərinə qarşı ən yüksək səviyyədə lazımi tədbirləri görüb. Diplomatiya müharibənin yeganə alternatividir”.

H. Fidan onu da əlavə edib ki, ABŞ prezidenti Donald Trampın nüvə danışıqları ilə bağlı başlatdığı prosesin irəliləməsi münaqişənin həllinin yeganə yoludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru