Narin cinayətində YENİ DETAL - İstintaqın gedişatını dəyişə bilər

30-06-2025, 07:14           
Narin cinayətində YENİ DETAL -
Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətlinə dair yeni hesabat təqdim olunub.

Hindistan mərkəzli Brilliant Forensic Investigation (BFI) şirkəti tərəfindən hazırlanan hesabatda Narin Güranın əmisigildə deyil, qonşuları Nevzat Bahtiyarın evinin yaxınlığında qaçırıldığı iddia olunur.

Hesabatda qeyd olunur ki, Narin heç vaxt Arif Güranın evinə çatmayıb. Kamera görüntüləri və kölgə analizləri əsasında aparılan araşdırmada, hadisənin Bahtiyarın evinə yaxın ərazidə baş verdiyi ehtimalı irəli sürülür.

BFI həmçinin Almaniya və Beynəlxalq Kriminal Bürosunun əvvəlki hesabatlarında texniki səhvlər olduğunu bildirir. Salim Güranın vəkili bu yeni hesabatı məhkəməyə təqdim edib və işin yenidən araşdırılmasını istəyib.

Xatırladaq ki, Narin Güran 2024-cü ilin avqustunda itkin düşmüş, 19 gün sonra meyiti çay yatağında tapılmışdı. Dörd nəfərə qarşı ağırlaşdırılmış ömürlük həbs cəzası verilmişdi. Yeni hesabat bu qərarın dəyişməsinə səbəb ola bilər.

Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru