Türkiyədə təhlükəli virus yayılır: Bazarlar bağlandı

Bu gün, 16:14           
Türkiyədə təhlükəli virus yayılır: Bazarlar bağlandı
Türkiyədə dabaq xəstəliyinə yoluxma hallarında ciddi artım müşahidə olunub.

Modern.az xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, xüsusilə Qurban Bayramından sonra heyvanlar arasında virusun yayılma sürəti kəskin şəkildə yüksəlib.

Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi vəziyyətin ciddiliyini nəzərə alaraq, 81 vilayətin hamısına təcili xəbərdarlıq məktubu göndərib. Bunun ardınca ölkə üzrə bütün heyvan bazarları müvəqqəti olaraq bağlanıb, virusun yayıldığı riskli bölgələrdə karantin rejimi tətbiq olunub.

Virus insanlara necə təsir edir?

Mütəxəssislər bildirir ki, dabaq virusu insandan insana keçmir. Əsas yoluxma mənbələri infeksiyalı heyvanlarla birbaşa təmas, həmçinin çiy ət və ya pasterizasiya olunmamış süd məhsullarının qəbulu ilə bağlıdır. Ancaq virusun ultrabənövşəyi şüa ilə asanlıqla məhv olduğu da vurğulanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.