Əsasını YPG-nin (PKK terror təşkilatının Suriya qolu) təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) sözçüsü Əbcər Davud bildirib ki, təşkilat silahları hələ Suriya administrasiyasına təhvil verə bilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Onun sözlərinə görə, buna səbəb ölkədəki gərginlik, İŞİD təhlükəsinin davam etməsi, Suriyanın cənubunda druzlarla bədəvi dəstələri və təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalardır.
"SDQ yalnız kürdlərin xüsusi statusunu tanıyan konstitusiya razılaşması əsasında Suriya ordusunun tərkibinə daxil ola bilər", - deyə Əbcər Davud vurğulayıb.
Qeyd edək ki, martın 10-da Dəməşqdə Suriyanın keçid dövrünün prezidenti Əhməd əş Şaraa ilə SDQ komandanı Mazlum Abdi arasında saziş imzalanıb. Sazişə əsasən, Suriyanın şimal-şərqindəki kürd muxtariyyətinin bütün mülki və silahlı strukturlarının dövlət qurumlarına inteqrasiyası nəzərdə tutulur.