FACİƏVİ ŞƏKİLDƏ ÖLƏN MEŞƏ İŞÇİSİNİN “MAAŞ” MESAJI ÜRƏK PARÇALADI - FOTO

Dünən, 10:49           
FACİƏVİ ŞƏKİLDƏ ÖLƏN MEŞƏ İŞÇİSİNİN “MAAŞ” MESAJI ÜRƏK PARÇALADI  - FOTO
Türkiyənin Seyitgazi rayonundakı meşə yanğınında şəhid olan meşə işçisi Eyüp Derelinin, yanğından qısa müddət əvvəl "Maaşımıza bu ay bonus ala biləcəyikmi?" məzmunlu mesaj göndərdiyi ortaya çıxıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Derelinin bu sualı əks etdirən mesajı ailəsini və sevənlərini dərindən sarsıdıb. Həmin mesaj həm dolanışıq çətinliyi içində çalışan meşə işçilərinin üzləşdiyi problemləri, həm də canları bahasına apardıqları mübarizəni bir daha göz önünə gətirib. Baş verən acı hadisə ictimaiyyətdə böyük rezonans doğurub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru