Ərdoğan ona görə mitinqi yarımçıq tərk etdi və... - FOTOLAR
7-06-2015, 06:27
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərdahan şəhərində yaşlı bir qadına görə mitinqi yarımçıq tərk edib.
Moderator.az xəbər verir ki, onun üçün dua etdiyini görən Ərdoğan yaşlı qadının yanına gəlib. Yaşlı qadının təxminən 150 manat (300 TL) maaş aldığını öyrənən Ərdoğan ona bir ev alınması barədə göstəriş verib.