Türk ordusu Əl Babı alır: Kürdlərin yolu bağlanır

10-12-2016, 00:13           

Azad Suriya Ordusu bizim dəstəyimizlə Əl Baba yaxınlaşıb. Qısa zamanda buradakı əməliyyatların tamamlanması gözlənilir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Əl Bab əməliyyatının qısa zaman ərzində tamamlanmasını gözləyirik. Mütəxəssislərimizi amerikalılarla birgə Menbicə göndərdik. Orada araşdırma aparırlar. YPG-nin Fərat çayının şərqinə keçdiyinə əmin olana qədər bu əməliyyatlar davam edəcək”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, Rusiyanın “Sputnik” agentliyi ASO ilə türk ordusunun birgə Əl Baba daxil olması barədə məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru