Türkiyənin Kayseri şəhərində terror aktı baş verib.
Axar.az xəbər verir ki, partlayış Kayseri Ərciyəz Universitetinin qarşısında avtobusda olub.
Partlayış nəticəsində xeyli ölən və yaralanan var. Əraziyə təcili tibbi yardım briqadaları göndərilib.
Avtobusda həftə sonu istirahətinə çıxan mülki geyimli hərbçilərin də olduğu bildirilir.
Hadisə şahidlərinin verdiyi məlumata görə, naməlum bir avtomobil avtobusa yaxınlaşdıqdan saniyələr sonra partlayış baş verib. [media=https://www.youtube.com/watch?v=33Pclxv225g]