Ərdoğana qarşı sui-qəsd olacaq – Sabiq polis rəisindən sensasion açıqlama

17-12-2016, 13:04           
Ərdoğana qarşı sui-qəsd olacaq – Sabiq polis rəisindən sensasion açıqlama
Türkiyədə sabiq polis rəisi olmuş Hənəfi Avcı Gülən camaatının prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edəcəyini iddia edib.
Avropa.info xəbər verir ki, sabiq polis rəisi olmuş və daha sonra Gülən şəbəkəsi tərəfindən tora salınaraq həbs olunmuş Hənəfi Avcı Rusiyanın Sputnik agentliyinə müsahibə verib.
FETÖ-yə qarşı ittihamlarla çıxış edən Hənəfi Avcı yaxın zamanlarda camaatın Ərdoğana qarşı sui-qəsd təşkil edəcəyini deyib.
FETÖ-nün yenidən bir çevriliş cəhdinin mümkün olmadığını müdafiə edən Avcı “Qısa müddət ərzində dövlət başçısına qarşı sui-qəsd planını işə salacaqlarını düşünürəm. Onu yox etmək üçün bir iş görməyi yoxlayacaqlar.” Deyə bildirib.
O həmçinin camaat üzvlərinin sahib olduqları keçmiş məlumat bazasının, dövlətin bütün qurumlarındakı adamları vasitəsilə topladıqladı məlumatların onların əllərində olduğunu, belə bir şeyi edə bilmək üçün kifayət gücdə olduqladını deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.