Təbrizlilər ayağa qalxdı, İran kanalı yayımı kəsdi

17-12-2016, 13:10           

İranın Xuzistan ostanının Əhvaz şəhərində Hələbdə baş verən qətliamlara etiraz aksiyası keçirilib.

Axar.az Xəbər 7-yə istinadən məlumat verir ki, aksiya Əl-Qadir stadionunda keçirilən futbol müsabiqəsi zamanı baş tutub. Əhvazlı azarkeşlər “Hələb yox olur”, “Ey Hələb, hamımız səninləyik”, “Əsəd, Suriyadan rədd ol” şüarları səsləndiriblər.

İran dövlət televiziyası isə “Traktor Sazi”- “Sepahan” matçının canlı yayımını kəsib. Buna səbəb təbrizli azarkeşlərin Türkiyə lehinə səsləndirdiyi şüarlar olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.