Firudin Cəlilovdan Altay nəzəriyyəsinə növbəti zərbə - VİDEO
17-12-2016, 14:35
Dünən Türkiyədə Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə İstanbul Universitetində professor Firudin Ağasıoğlu Cəlilovun “Ön türklərin tarixinə yeni bir baxış” adlı mühazirəsi təşkil edilib.
Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan TDAV-nin Təhsil və Mədəniyyət şöbəsinin müdiri Metin Köse vəqfin qurucusu mərhum Turan Yazqanla Firudin Cəlilovun yaxın dostluğundan bəhs edib, eləcə də professorun ictimai-siyasi fəaliyyətinə toxunub.
Daha sonra kürsüyə dəvət edilən Firudin Cəlilov türklərin ən qədim tarixi ilə bağlı müəllifi olduğu Urmu nəzəriyyəsi ətrafında mühazirəyə başlayıb.
Türklərin tarixi ilə bağlı mövcud nəzəriyyələrə toxunan professor hazırda Türkiyədə də tarixçilərin dəstəklədiyi Altay nəzəriyyəsinin tamamilə yanlış olduğunu, bu nəzəriyyənin türklərin faktiki yaşadıqları torpaqlara gəlmə olduğuna hesablandığını qeyd edib və bunun arxasında siyasi səbəblərin dayandığını bildirib.
Öz nəzəriyyəsini sübut etmək üçün müxtəlif bəlgələri təqdim edən Firudin Cəlilov daha sonra dinləyicilərin suallarını cavablandırıb.