Kayseri şəhərində baş verən terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb.Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib. “Ölənlərdən 8-nin şəxsiyyəti artıq müəyyənləşdirilib. Yaralıların sayı 56-ya çatıb. Onlardan 12-nin vəziyyəti ağırdır. 4 nəfər isə komadadır. Olayla bağlı aparılan axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində 7 nəfər saxlanılıb. 5 nəfərin axtarışları isə davam edir”, – nazir bildirib. Qeyd edək ki, bu gün səhər saatlarında Kayseridə baş verən terror aktında ölənlərin sayı 14-ə çatıb.