Türkiyədə rektor saxlanıldı

22-12-2016, 13:25           
Türkiyədə rektor saxlanıldı
ürkiyənin Uşak vilayətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan əməliyyat zamanı xeyli sayda şəxs həbs olunub.

BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs olunanlar arasında Uşak Universitetinin rektoru Sait Çelik də var.

Rektorla yanaşı vilayətin tanınmış 8 nəfəri də saxlanılıb. Polis tərəfindən axtarışda olan bir neçə nəfər isə hələ də saxlanıla bilməyib.

Həbs olunanlar Uşak xəstəxanasında tibbi müayinədən keçirilib. Daha sonra onlar polis bölmələrinə aparılıb.

Qeyd edək ki, Türkiyənin hər bir vilayətində FETÖ-yə qarşı əməliyyatlar aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.