Fətulla Gülən rus səfirin qətlindən danışdı

22-12-2016, 19:12           
Fətulla Gülən rus səfirin qətlindən danışdı
Rusiya səfirinin Ankarada qətlində adı hallanan Fətullah Gülən açıqlama verib.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, hazırda ABŞ-da yaşayan Gülən səfir Andrey Karlovun qətlini pisləyib. Bununla bağlı yayımladığı video müraciətdə Gülən bildirib ki, qatil Mövlud Mərt Altıntaşın onun təşkilatı ilə heç bir əlaqəsi yoxdur:

“Biz hər zaman terroru tənqid etmişik. Bununla bağlı demək istəyirəm ki, rus səfirinə qarşı bu terror aktını səmimi qəlbdən qınayıram. Mətbuat yazır ki, o qatil dəfələrlə Türkiyə prezidentinin mühafizəçisi olub. Özü də bəyan etdiyi kimi “ən-Nüsra” qruplaşmasının üzvüdür. Aydındır ki, nə keçmişdə, nə də indi bizim təşkilatla heç bir əlaqəsi olmayıb”.

Fətullah Gülən onu da əlavə edib ki, Türkiyə hakimiyyəti orduda təmizləmə işləri apardıqdan sonra təhlükəsizlik məsələlərinə lazımi diqqət yetirməyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan səfirin ölümündən bəhs edərkən bildirib ki, bütün dəlillər sui-qəsdçinin FETÖ ilə əlaqəsi olduğunu göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru