İŞİD türklərin 2 tankını ələ keçirdi

23-12-2016, 00:22           

Suriyanın Əl Bab şəhərində İŞİD terrorçuları Türkiyə Silahlı Qüvvələrinə məxsus 2 tank, 1 buldozer və 1 zirehli texnikanı ələ keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.
Türk ordusunun dəstəklədiyi ASO ilə İŞİD arasında şiddətli atışmaların davam etdiyi bildirilib.
Bundan əlavə, terrorçuların qarşı tərəfə aid bir tankı da hədəf aldığı vurğulanıb.
Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatının 121-ci günüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru