8 minlik türk ordusu Suriyaya girir – Əməliyyat

5-01-2017, 11:39           
8 minlik türk ordusu Suriyaya girir – Əməliyyat
“Fərat qalxanı” hərəkatı çərçivəsində Türkiyənin 8 min nəfərlik ordusu Suriyaya girə bilər.

Axar.az Yeni Şəfəq-ə istinadən xəbər verir ki, yaxın vaxtlarda başlayacaq genişmiqyaslı hərbi əməliyyatlarda əsas aparıcı qüvvə türk ordusu olacaq. Azad Suriya Ordusu (ASO) isə lazım gəldikdə əməliyyatlara dəstək verəcək.

Məlumata görə, hərbi əməliyyatların vaxtı 1 dəfə təxirə salınıb. Buna səbəb isə Akil dağı bölgəsində 14 hərbçinin itirilməsi olub.

Türkiyə ordusunun Baş Qərargahı əməliyyat üçün bütün hazırlıqları tamamlayıb.

Qeyd edək ki, hazırda “Fərat qalxanı” hərəkatına 3 min hərbçi cəlb olunub.

İŞİD-in də bölgədə müdafiə tədbirləri gördüyü deyilir. Əldə olunan məlumata görə, terrorçular Fərat çayından Hələbə gedən əsas su borusunu partladaraq türk tanklarının qarşısını almağa çalışacaq.

Baş Qərargah tərəfindən hazırlanan son planına əsasən, əməliyyatda iştirak edəcək hərbçilərin böyük əksəriyyəti xüsusi təyinatlı qüvvələrdən təşkil ediləcək.

ASO-dan bölgəni yaxşı tanıyan təlim görmüş 100 silahlı əməliyyatlara cəlb olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru