“Atamız evdə yoxdur, qapını aça bilmərik” – Şəhid polisin ailəsinə acı xəbər…

6-01-2017, 10:11           

İzmirdəki partlamada şəhid olan polis məmuru Fəthi Sekinin acı xəbərini evinə gələrək xəbər vermək istəyən polislərə şəhidin uşaqları “Atamız evdə yoxdur, qapını aça bilmərik” cavabı veriblər.


“AzPolitika.info” Türk KİV-nə istinadən xəbər verir ki, İzmir şəhərində Ədliyyə Nazirliyinin yerli idarəsinin binasına hücum təşkil edən terroristlərə qarşı silahının son gülləsi bitənə qədər mübarizə aparıb, 2 terroristin ölü ələ keçirilməsində böyük səyi olan şəhid polis məmuru Fəthi Sekinin ata evinə qara xəbər çatıb.

Evin qapısını döyən polis məmurları, şəhidin uşaqları Tolunay (16), Dila (15) və Nisa (8), “Atamız evdə yoxdur, qapını aça bilmərik” cavabını alıblar. Bu əsnada şəhid polisin yoldaşı Rabia Sekinin evdə olmadığı ifadə edilib. Polis məmurları, uşaqları, “Biz onsuz da atanız üçün gəldik, onun yoldaşlarıyıq” deyərək razı salıb və evə giriblər. Polislər qara xəbəri, şəhidin həyat yoldaşı Rabia Şeki evə gəlincə verib.

Şəhid polisin yaşadığı doqquz mərtəbəli mənzilə beş mərtəbəni örtəcək şəkildə Türk bayrağı asılıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.