Türk ordusu İraqdan çıxarılır — iki dövlət arasında razılaşma

7-01-2017, 22:26           
Türk ordusu İraqdan çıxarılır — iki dövlət arasında razılaşma
İraqın baş naziri rəsmi Ankara ilə razılıq əldə edib.
Yeni razılaşmaya əsasən türk ordusu İraq ərazisindən çıxarılacaq.
Türkiyəli həmkarı Binəli Yıldırımla Bağdadda görüş keçirən Heydər Əl-Abadi bildirib ki, Başikadan türk ordusunun çıxarılması barədə razılıq əldə edilib. Rəsmi Bağdad və Türkiyə münasibətləri 2015-ci ildə türk ordusunun İraq hakmiyyətinin icazəsi olmadan Başikaya girməsindən sonra korlanmışdı. Türk ordusu Başikada İŞİD-ə qarşı mübarizə aparırdı. Rəsmi Bağdad dəfələrlə Türkiyə hökumətini hərbçilərini ərazidən çıxarmağa səsləmişdi.
Binəli Yıldırımla keçirilən qapalı görüşün nəticələrinə əsasən Türkiyə İraqın tələbi ilə razılaşıb. (olke.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru