Şaxta Baba nağılıda boş çıxıd - “Reina” terrorunun Şaxta Babası danışdı

8-01-2017, 13:42           

Türkiyənin İstanbul şəhərində yerləşən “Reina” gecə klubunda törədilən teraktda adı keçən Şaxta Baba paltarında olan şəxs ilk dəfə açıqlama verib.
Gununsesi.info xəbər verir ki, 39 nəfərin öldüyü gecə klubunda müştəriləri əyləndirmək üçün gəldiyini deyən Şaxt Baba – Səlcuq.Ş həmin məkanda 9 ildir çalışdığını bildirib.
Səlcuq Şaxta Baba qiyafəsində olan şəxsin terrorçu olması barədə yayılan xəbərlədən də təəccübləndiyini qeyd edib:
“Bunları oxuyanda təəccübləndim. Kamera da hər şeyi çəkib. O gecə polisə gedib ifadə də verdim. İçəridə nə qədər terrorçu olduğunu deyə bilmərəm. Silahlı şəxsi də həmin gecə görmədim”.
Qeyd edək ki, bir müddət əvvəl “Reina” teraktını törədən terrorçunun Şaxta Baba qiyafəsində olması ilə bağlı xəbərlər yayılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.