Atilla Kaya: İqtidarı tənqid etmək üçün vicdan lazımdır

10-01-2017, 21:57           

Bir neçə gün əvvəl Türkiyədə Milliyətçi Hərəkat Partiyasındakı sədr müavini postundan istefa verən Attila Kaya tvitter hesabında susqunluğu pozub. Onun bugünkü paylaşımı böyük diqqət cəlb edib.

Xəbər365 bildirir ki, o, sosial şəbəkədə “Demokratik ölkələrdə iqtidarı tənqid etmək üçün sahib olmalı olduğumuz şey cəsarət deyil, vicdandır” deyə yazıb.

Qeyd edək ki, Atilla Kaya yazılı açıqlamasında MHP lideri Dövlət Bağçalının parlamentdə və referendumda Türkiyədə prezident üsul-idarəsinə keçidi nəzərdə tutan Konstitusiyaya dəyişikliklərə səs verəcəyini bəyan edəndən sonra istefa qərarı verdiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru