Prezident Adminstrasiyasında kütləvi həbslər - Qazaxıstanda

16-01-2017, 00:11           
Prezident Adminstrasiyasında kütləvi həbslər - Qazaxıstanda
Qazaxıstan Prezident Adminstrasiyasının rəhbərinin müavini olmuş Baqlan Maylıbayev həbs olunub.
Bu vəzifədə 6 il işləyən Maylıbayevlə bərabər Prezident Adminstrasiyasında bir sıra yüksək vəzifəli şəxslər də saxlanılıb. Kazinfotoday yazır ki, həbslər cümə günü aparılıb. Ancaq saxlanan şəxslərin adları hələ açıqlanmayıb. Saxlanan şəxslərin heç birinin telefonuna zəng çatmır.
Onlar vəzifələrindən sui-istifadədə, korrupsiyada, dövlət büdcəsindən 1,3milyard tengenin mənimsənilməsində gühanlandırılır. Həmin vəsait 2014-2016-cü ilin dövlət büdcəsində paytaxt universitetlərindən biri vasitəsilə siyasi və tarixi araşdırmalar aparılması və digər layihələrə ayrılıb.
Digər məlumatlara görə isə, yüksək vəzifəli şəxslərin həbsi keçmiş milli iqtisadiyyat naziri Kuandık Bişimbayevlə bağlı cinayət işi ilə əlaqədardır.
Əvvəllər dəfələrlə dövlət mükafatı alan Maylıbayevi 12 yanvarda prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru