Rusiya Türkiyənin bu istəyinə “hə” demədi

16-01-2017, 10:03           

Dəməşqin icazəsi olmadan kimsə Suriyanın şimalında bufer zona qura bilməz.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatiya Akademiyasının türkoloqu Nina Belyakova deyib.

“Rusiya Türkiyənin Suriyanın şimalında bufer zona yaratmasına icazə verərmi? Buna cavab vermək üçün dekabrın 20-də Moskvada Rusiya-İran-Türkiyə görüşündə verilən açıqlamaları unutmamaq lazımdır. Suriyanın ərazi bütövlüyünün qorunması və terrora qarşı mübarizə məsələsində tərəflər razılığa gəldi. Dolayısı ilə heç bir tərəf və ya ölkə Suriyanın şimalında Dəməşqin icazəsi olmadan bufer zona yarada bilməz. Bundan başqa, Rusiya müstəqil dövlət olan Suriya adından belə bir qərar verə bilməz”, - Belyakova bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru