Türkiyə: deputatlar konstitusiya dəyişikliklərini dəstəkləyib - MHP AKP-yə dəstək verdiı

16-01-2017, 13:45           
Türkiyə: deputatlar konstitusiya dəyişikliklərini dəstəkləyib - MHP AKP-yə dəstək verdiı
Türkiyə parlamenti prezident Rəcəb Tayyip Ərdoğanın səlahiyyətlərini artıracaq yeni konstitusiya dəyişikliklərinə ilkin razılıq verib.

Bu həftənin sonunda səsvermənin ikinci turu olacaq və əgər təsdiq edilsə referendum keçiriləcək.

Tənqidçilər deyirlər ki, bu, cənab Ərdoğana hakimiyyəti ələ keçirmək imkanı verəcək.
Amma prezident deyir ki, dəyişilmiş sistem Fransa və Birləşmiş Ştatları xatırladacaq.

Yeni konstitusiya prezidentə nazirləri təyin və azad etmək imkan verəcək və Türkiyə tarixində ilk dəfə baş nazir postu ləğv olunacaq.

Əvəzində ən azı bir vitse-prezident olacaq.

Qanun layihəsinin yekun maddələri bazar günü qəbul olunub, hakim AK Partiyası (AKP) lazım olan 3/5 səsi toplaya bilib.

Konstitusiyaya dəyişiklikləri barəsində müzakirələr gərgin şəraitdə keçib.

Ötən həftə Cümhuriyyetçi Halk Partiyasının (CHP) bir deputatı səsvermə prosesini videoya çəkərkən AKP və CHP üzvləri ilə toqquşma baş verib.

Ən böyük müxalifət partiyası CHP dəyişikliklərin əleyhinə çıxır.

Kürdlərin Xalqların Demokrat Partiyası (HDP) səsverməni boykot edib. Onların bəzi deputatları kürd qiyamçılarına dəstəkdə ittiham olunaraq həbs edilib, səsverməni mübahisəli hesab edən HDP-nin sözlərinə görə, onların səs vermədə iştirak haqqı yoxdur.

AKP zəruri səs çoxluğunu təmin etmək üçün sağçı Milliyyətçi Hərəkat Partiyasının dəstəyinə arxalanıb.

Türkiyə iyulda baş vermiş çevriliş cəhdindən sonra fövqəladə vəziyyət şəraitindədir (BBC).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.