Türk diplomatı Lionda türk bayrağını daşnakların ayaq altına atmasına icazə vermədi VİDEO

22-06-2015, 20:58           
Türk diplomatı Lionda türk bayrağını daşnakların ayaq altına atmasına icazə vermədi VİDEO
Fransanın Lion şəhərində Türkiyə konsulluğu qarşısında aksiya keçirməyə cəhd edən daşnak fəallar konsulun və arvadının onlara necə “hücum etdiyini” danışıb.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının “Yeni nəsil” gənclər təşkilatının üzvləri konsulluq binası qarşısındakı otluğa uzanıb aksiya keçirməyə cəhd edərkən “hücuma məruz qaldıqlarını” deyiblər.

Təşkilatın üzvlərindən biri Armen Ağacanyan deyib ki, konsulluğun əməkdaşları və onların arvadları “erməni genosidi” şüarları qaldıran aksiya iştirakçılarını söyüblər və təpikləyiblər.

“Konsul Hilmi Ege Türemen bizi ayağı ilə təpikləməyə, “it” deyə çağırmağa başladı, həyat yoldaşı isə başımıza pivə tökdü”- deyə Armen Ağacanyan bildirib.

İnsidentdə 6 erməninin “xəsarət aldığı” bildirilir. Daşnaklar polisə şikayət ediblər. İnsidenti Lion hüquq-mühafizə orqanları araşdırır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.