Moderator.az Türkiyə xəbər agentliklərinə istinadən xəbər verir ki, bu saatlarda baş verən zəlzələ bir çox kəndlərdə dağıntılara səbəb olub.
Adyaman şəhərində bu gün yerli vaxtla saat 14:20-də 5,8 bal gücündə zəlzələnin ardınca 4,2 və 4,1 bal gücündə də zəlzələr baş verib. Adyaman valisinin açıqlamasına görə bəzi kəndlərdə evlər dağılıb. Uçqunlar altında yaralıların olduğu bildirilir. Hələlik 22 yaralının olduğu bildirilir.
Şanlıurfada da 4,6 bal gücündə zəlzələ baş verib. Dağıntı və təlafat barədə hələlik bir məlumat yoxdur.