Türkiyədə inflyasiya proqnozları üstələyib

3-03-2017, 16:21           

Türkiyədə bu ilin fevral ayında istehlak qiymətləri indeksi illik müqayisədə 0,81% artım göstərib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, daxili istehsal qiymətləri indeksi fevralda 1,26% artıb. Beləliklə, illik inflyasiya 10,13%, daxili istehsal inflyasiyası isə 15,36% təşkil edib. Qeyd edək ki, inflyasiya proqnozları aylıq 0,48%, illik isə 9,74%-ə bərabər olub. Xəbərin açıqlanması Türkiyədə dolların məzənnəsinin artmasına səbəb olub. Belə ki, səhər 3,71 TRY/USD olan dollar, hazırda 3,75 TRY/USD səviyyəsinə yaxınlaşıb. Gündəlik artım isə hələlik 0,47% təşkil edib.

"Report"un analitik qrupu Türkiyədə dolların məzənnəsinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması ehtimalının güclənməsi ilə 3,78-3,80 TRY/USD səviyyəsinə qədər arta biləcəyini, daha sonra, yay ayları yaxınlaşdıqca inflyasiyada azalmanın gözlənilməsi ilə 3,50-3,55 TRY/USD-yə düşəcəyini proqnozlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru