Türk nazir Ermənistana məsləhət verdi

4-03-2017, 06:58           
Türk nazir Ermənistana məsləhət verdi
Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya, naziri Əhməd Arslan Ermənistanla sərhədləri açmaq üçün şərtini deyib.

Missiya.Az xəbər verir ki, nazir bu barədə Qars şəhərində iştirak etdiyi bir tədbirdə danışıb.

Nazir Arslan bunun üçün Ermənistana Azərbaycanla münasibətlərini düzəltməyi və Türkiyənin tələblərini yerinə yetirməyi məsləhət görüb. Əhməd Arslan bildirib ki, bu olacağı təqdirdə Ermənistan Türkiyə üzərindən Avropaya qapılarını aça biləcək.

"Əgər biz Azərbaycanla bir millət iki dövlət isək, Ermənistan Dağlıq Qarabağ və işğal edilmiş ətraf rayonardan çəkilməli, Azərbaycan torpaqları Azərbaycana qaytarılmalı və bütün qaçqınlar öz torpaqlarına qayıtmalıdır. Bu şərtlərlə bizim təklifimiz sizə açıq olacaqdır. Siz öhdəliyinizi yerinə yetirin, biz də Qarsın şərqini sizə dalan etməyək. Ermənistan da Türkiyə üzərindən Avropaya daha rahat getsin." - deyə türk nazir bildirib.

Anadolu Agentliyi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru