Hollandiyada məclisə seçilən 7 Türk gərginlik istəmir

17-03-2017, 08:38           
Hollandiyada məclisə seçilən 7 Türk gərginlik istəmir
Hollandiyadakı parlament seçkilərində fərqli partiyalardan 7 Türk mənşəli namizəd millət vəkili seçilməyi bacardı. Hollandiyalı Türk siyasətçilərin istəyi Türkiyə və Hollandiya arasındakı gərginliyin yaxında aradan qalxmasıdır.
Hollandiyadakı seçkilərdə məclis uğrunda Türk mənşəli 27 namizəd yarışdı, ancaq bunlardan 7-i yeni məclisdə kürsü sahibi oldu. Baş nazir Mark Ruttenin Xalq Azadlıq və Demokratiya Partiyasından (VVD) Dilan Yeşilgöz, Yaşıl Solda Nevin Özütok və Zehni Özdil, Sosialist Partiyadan Səadət Karabulut və Türklərin qurduğu DENK partiyasından Tunahan Kuzu və Selçuk Öztürklə birlikdə 7 nəfər millət vəkili seçildi.
Böhranın Hollandiyada yaşayan türklər üçün müsbət nəticələri olmadığını və Hollandiya dövləti ilə hollandiyalı türklərin qarşı-qarşıya gəlməsinin “çox kədərli” olduğunu ifadə edən Özütok deyir ki: “İki ölkə arasındakı çəkişmələrin buradakı xalqa heç bir faydası olduğunu düşünmürəm. Əksinə, bu, qarşıdurmaları və ayrı-seçkiliyi böyütdü. Buradakı cəmiyyətin ayrılmaz parçası olan bir xalqdan söz edirik. Buradakı Türklər iki ölkə arasında qaldı. Biz buranın bir parçasıyıq .”
İki ölkə arasında təzyiqin düşməsinə ümid etdiyini bildirən Keklik Yücel isə deyib: “Bu nə Hollandiya üçün, nə də Türkiyə üçün yaxşı bir vəziyyətdir. Kaş ki, olmasaydı. Kaş ki, Türkiyə buradakı seçkilərə də hörmət duysaydı və razılaşma ilə kampaniyalarını icra etməyə çalışsaydı.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.