Bolqarıstan Türkiyədəki səfirini geri çağırıb

17-03-2017, 07:50           
Bolqarıstan Türkiyədəki səfirini geri çağırıb
Bolqarıstan Ankaranı ölkədə vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdə ittiham etdikdən sonra Türkiyədəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bu barədə APA “Frans Press”ə istinadən xəbər verir. Agentlik bildirir ki, bundan əvvəl Türkiyənin Sofiyadakı səfiri çıxışı zamanı Bolqarıstandakı türkyönümlü “Dost” partiyasını dəstəkləyib.

Bundan başqa rəsmi Sofiya Ankaranın Türkiyədə yaşayan 60 min bolqara ”Dost” partiyasına səs verməyə çağırdığını iddia edərək, bu addımı Bolqarıstanın daxili işlərinə birbaşa müdaxilə adlandırıb.

Bolqarıstanda parlament seçkilərinin keçirilməsi martına 26-na planlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru