İstanbulda hücumlar planlaşdıran iki İŞİD üzvü saxlanılıb

17-03-2017, 08:48           
İstanbulda hücumlar planlaşdıran iki İŞİD üzvü saxlanılıb
Türkiyə polisi İstanbulda hücumlar törətməyi planlaşdıran İŞİD terror qruplaşmasını iki üzvünü saxlayıb.

APA-nın “Hurriyyet”ə istinadən verdiyi xəbərə görə, əməliyyat ötən gün İstanbulun Kaqıtxane rayonunda keçirilib. Axtarış zamanı şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən iki ədəd “Kalaşnikov” avtomat silahı və 500-dən çox patron aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər daha əvvəl həbs edilən Abdulkadır Maşaripovla birgə İŞİD-in yerli özəyinin üzvü olublar.

Xatırladaq ki, Abdulkadır Maşaripovun Yeni il gecəsi İstanbuldakı “Reina” gecə klubuna hücumu nəticəsində 39 nəfər ölüb, 69 nəfər isə yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

A.Maşaripov yanvarın 16-da İstanbulun Esenyutr rayonunda antiterror əməliyyat zamanı saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru