Türkiyədə 300 min lirə mükafatla axtarılan PKK terrorçusu və daha 6 silahlı məhv edilib

17-03-2017, 08:50           
Türkiyədə 300 min lirə mükafatla axtarılan PKK terrorçusu və daha 6 silahlı məhv edilib
Türkiyədə keçirilən anti-terror əməliyyatında iki PKK terrorçusu məhv edilib.
"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.
Məlumatda bildirilir ki, əməliyyat Ağrıdağda keçirilib. Doğubayazıt rayonunda öldürülənlərdən biri başına 300 min türk lirəsi mükafat qoyulmuş Emrah Karataydır.
Daxili İşlər Nazirliyinin axtarılan terrorçular siyahısında yer alan "Firas" kod adlı, 1992-ci il təvəllüdlü PKK terrorçusu Emrah Karatay polisin keçirdiyi əməliyyat zamanı məhv edilib. Onunla birlikdə şəxsiyyəti hələlik məlum olmayan daha bir terrorçu da öldürülüb.
Terrorçuların öldürüldüyü yerdə 2 ədəd "Kalaşnikov" avtomatı, 2 ədəd əl qumbarası, 2 ədəd tapança və 2 ədəd partlayıcı mexanizm (detonator) götürülüb. Silahlıların əsas hədəfinin ərazidəki ictimai təşkilatların işçilərinin olduğu aşkarlanıb. Əvvəllər də müxtəlif təşkilati fəaliyyətləri səbəbiylə həbs olunub sərbəst buraxılan Emrah Karatay barəsində 19 cinayət əməlinə görə axtarışda olub.
Bununla yanaşı, Şırnakın Uludərə rayonunda da 3 terrorçu zərərsizləşdirilib. Ümumilikdə Şırnak və Tuncelidə 5 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub. Onlardan müxtəlif silah-sursatlar götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru