Türkiyənin xarici borcu rekord həddə çatdı - 252 milyardı ötdü

31-03-2017, 23:41           

Türkiyənin xarici borcu 2017-ci il yanvarın 1-nə 404,2 mlrd. ABŞ dolları, xalis xarici borcu isə 252,7 mlrd. dollar təşkil edib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xəzinədarlığı məlumat yayıb.

İllik müqayisədə Türkiyənin borcu 2% artıb. Hesabata görə, Türkiyənin xarici borcunun ÜDM-ə nisbəti 47,2%, xalis xarici borcun ÜDM-ə nisbəti isə 29,5%-ə bərabər olub.

Xarici borcun ÜDM-ə nisbəti son 14 ilin ən yüksək həddinə çatıb. Belə ki, 2003-cü il yanvarın 1-nə bu göstərici 54,8% olub.

Xalis dövlət borcu 2017-ci il yanvarın 1-nə 218,9 mlrd. lirə və ya 62 mlrd. dollar, ÜDM-ə nisbəti isə 8,4% təşkil edib. Avropa İttifaqına borcun məbləği isə 732,8 mlrd. lirə və ya 207,6 mlrd. dollar, borcun ÜDM-ə nisbəti 28,3% olub.

Xatırladaq ki, Türkiyənin xarici borcu illik yekun göstəricilərinə əsasən tarixi rekord səviyyə yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru