Ünlü söz adamından Ərdoğan və Özal haqqında ağır suçlama...

2-04-2017, 17:10           
Ünlü söz adamından Ərdoğan və Özal haqqında ağır suçlama...
"Səddamla Turqut Özal sonunda anlaşdılar, Türkmanlar Səddama təhvil verildi və Səddam da onları bir-bir edam elətdirdi"
"Bərzaniyə qucaq açıb, bayrağını türk bayrağı ilə yanaşı qoyan Ərdoğan..."
Qazağam, qırğızam, özbək, türkmənəm,
Başqurdam, kərkükəm, elə körk mənəm,
Sənin gözlədiyin qərib türk mənəm,
Salam, dar ağacı...Əleykümsalam!

Kərkük qan ağlayır!
Siz--ey Turançılar, Boz Qurdlar, Ülgüçülər, Adsızlar və nəhayətdə Türküm deyənlər!

Baxçalı Bozqurdların ağzınımı bağladı? "Biz türk millıyətçilini ayaqlar altına qoyduq" deyən Ərdoğanın dediyimi oldu?!
Kərkükdə türklük ayaqlar altında...
Ərəblər, kürdlər üçün dünyaya "meydan oxuyan", göz yaşı tökən Ərdoğanın səsi çıxmır. Bərzaniyə qucaq açıb, bayrağını türk bayrağı ilə yanaşı qoyan Ərdoğanın Kərkükü Bərzaniyə hədiyyə eləməsində təəccüblü bir şey yoxdu.
Təəccüblü olan Türk millətinin bu xəyanətə susmağıdır.
Kərkük fəlakətin başlanğıcıdır.
Dar ağacına salam verməyin zamanı gəldi!

Turqut Özal dönəmində 150 min iraqlı Səddam Hüseynin zülmündən qurtarıb Türküyəyə sığındı. Bunun 135 mini kürd, 15 mini Kərkük türkmanları idi. Səddam onları geri istədi. Səddamla Turqut Özal sonunda anlaşdılar. Kürdlər Türküyəyə yerləşdirildi. Türkmanlar Səddama təhvil verildi. Və Səddam da onları bir-bir edam elətdirdi.Türküyə o vaxt da bu qətliama göz yumdu. Bunu bilmənizi istədim.
Bu gün şərqdə baş verən savaşın bircə adı var--TÜRK olanlarla TÜRK olmayanlarn savaşı!moderator.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.