Dəmirəlin “qara qutusu”, Ərbakan və Turqut Özalın dostu… Vəfat etdi

3-04-2017, 08:42           
Dəmirəlin “qara qutusu”, Ərbakan və Turqut Özalın dostu… Vəfat etdi
Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin “qara qutusu” olaraq tanınan Əkrəm Ceyhun Ankarada müalicə gördüyü İbni Sina xəstəxanasında 91 yaşında dünyasını dəyişib.
Avropa.info xəbər verir ki, 9-cu prezident Süleyman Dəmirəlin iqtidarda olduğu dövrdə onun “qara qutusu” adlandırılan Əkrəm Ceyhun, eyni zamanda Türkiyənin 8-ci prezidenti Turqut Özal və keçmiş baş nazir Nəcməddin Ərbakan ilə də dost idi. Əkrəm Ceyhun 8 aydır Ankarada İbni Sina xəstəxanasında müalicə görürdü.
Ceyhun 4 fevral 1927-ci ildə Ərzurum anadan olub. İstanbul Texniki Universitetinin məzunu olub. Dəmirəlin 1970-ci illərdə baş nazirliyi dövründə onun müşaviri olaraq çalışıb. 1990-cı illərdə Dəmirəl hökumətində Dövlət naziri olub. Dəmirəlin prezidentliyi dövründə isə onun baş müşaviri idi. Bununla yanaşı Ceyhun Özal və Ərbakanla da dost idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru