Tatar böhranı baş naziri vurdu

3-04-2017, 22:05           
Tatar böhranı baş naziri vurdu
Tatarıstanın Baş naziri İldar Xalikov istefaya gedib.

Axar.az xəbər verir ki, Xalikov istefasına əsas səbəb kimi başqa işlə məşğul olmaq istəyini göstərib. O, istefasının Tatarıstandakı bank böhranı ilə bağlı olmadığını bildirib.

Xalikovun səlahiyyətlərini müvəqqəti olaraq Baş nazirin müavini Aleksey Pesoşin icra edəcək.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı gözlənilmədən martın 3-də Tatarıstanın üç böyük bankının lisenziyasını ləğv edib. Ləğv edilən banklar “Tatfondbank”, “İntexbank” və “Sprut” olub.

“Tatfondbank” Tatarıstanın ikinci ən böyük bankı sayılırdı. Ekspertlər bankın borcunun 100 milyard rubldan çox olduğunu iddia edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru