"Kərkükdə Azərbaycan muxtariyyəti yaradılmalıdır" - İlginc iddialar
7-04-2017, 13:23
“İraqda Kürd Muxariyyətinin olması Türkiyə dövlətinin kürdlərə verdiyi bir mükafatdır. Kürdlər bundan istifadə edib, Tükiyənin özünə də nankorluq edəcəklərsə və Türkiyənin maraqlarına, yəni Kərkük türklərinə qarşı düşmənçilik edəcəklərsə, onda təbii ki, Türkiyə Bərzaninin Kürd Muxtariyyətini tanımayacaq, onunla əməkdaşlıq etməyəcək və qısa müddət ərzində Bərzanin yaratdığı Kürd Muxtariyyəti ləğv olunacaq”
Xəbər verildiyi kimi, Kərkükdə şəhərin qubernatoru Nəcməddin Kərim martın 14-də şəhərdəki bütün dövlət təşkilatlarına İraq bayrağı ilə yanaşı, Kürdistan bayrağının asılmasıyla əlaqədar əmr verib. Martın 28-də isə ərəb və türkmən Məclis üzvlərinin boykot etdiyi iclasda 26 kürd deputat bu qərarı təsdiqləyib.
Kərkükün rəsmi idarələrində kürd bayrağının asılmasına ilkin olaraq Türkiyə Xarici İşlər Nazirliyi etirazını bildirib. Nazirliyin bəyanatında bildirilir: “Kərkük Bölgə Məclisində bu gün keçirilən səsvermədə Kərkükdə bütün rəsmi idarələrdə Kürd Muxtariyyətinin bayrağının asılması ilə bağlı qərar qəbul edilib. Biz bu qərarı doğru hesab etmirik və bundan narahatıq. Türkmən və ərəb nümayəndələrinin etirazına baxmayaraq, qəbul edilən qərar İraq konstitusiyasına ziddir”.
Kərkükün rəsmi idarələrində kürd bayrağının asılmasına etiraz edənTürkiyə prezidenti Ərdoğan isə daha kəskin bəyanatla çıxış edib. O deyib: “Kərkükdə dövlət bayrağından başqa ikinci bir bayrağın asılmasını qətiyyətlə yanlış hesab edirəm. O bayrağın sahibləri bunu bilsinlər ki, ayrı-seçkilik salırlar. İraq Regional Kürd İdarəsinə səslənirəm. Bu səhv yoldan dərhal geri qayıdın. Bayraqlarınızı dərhal endirin. “Kərkükün kürdlərin olduğu” cəfəngiyyatını əsla qəbul etmirik. Bunun bahası ağır ola bilər. Kərkük orada yaşayan türkmənin, ərəbin, kürdün hamısınındır. "Bizimdir" iddialarından əl çəkin”.
Neft ehtiyatları 8,7 milyard barrel olan Kərkük region ölkələri və dünya supergücləri üçün strateji əhəmiyyətili bir bölgədir. Əslində, ABŞ-ın 2003-cü ildə Səddam Hüseyni devirib, İraqı işğal edib, Kərkükə kürdlərin köçürülməsi planı da bu strateji hədəfin tərkib hissəsidir. İndi də buna görə həmin bölgədə kürdlər əsas söz sahibi sayılır. Şəhər əhalisinin əksəriyyətinin türkmən, ərəb və kürdlərdən ibarət olmasına baxmayaraq, Kərkük şəhər məclisində kürdlərin 26, türkmənlərin 9, ərəblərin isə 6 nümayəndəsi var. O baxımdan, say çoxluğu təşkil edən kürdlərin Kərkükün rəsmi idarələrində kürd bayrağının asılmasının lehinə səs verməsi də anlaşılandır. Amma təbii ki, Türkiyə regionada gedən proseslərə nəzarət edir və Kərkükün rəsmi idarələrində kürd bayrağının asılmasına dözməyəcək.
Yeri gəlmişkən, İraqın sabiq lideri Səddam Hüseynin nəvəsi Məsud Torun deyib ki, ABŞ və onun nəzarəti ilə yaradılan Bağdad hökumətini tanımırlar: “İranlı qruplaşmalar Mosul şəhərinə girə bilməz. Sadəcə türk ordusunun buna haqqı çatır. Yaşasın İraq, yaşasın Fələstin, yaşasın Türkiyə”.
“Əcəm İraqı Azərbaycan imperiyasının təkibində olub”
Mövzunun aktuallığını nəzərə alıb, ADP sədri Sərdar Cəlaloğu ilə söhbətləşdik.
Cəloloğlu “Hürriyyət”ə dedi ki, bu problemin mahiyyətinə aydınlıq gətirmək üçün öncə Kərkük və oradakı kürdlərin tarixinə qısa nəzər yetirmək laızmdır: “Kərkük 500 il əvvəl Səfəvilər İmperiyasının tərkibində İraq Əcəmi deyilən Azərbaycan torpaqlarıdır, orada yaşayanlar da Azərbaycan türkləridir. Onların Osmanlı türkləri ilə heç bir əlaqəsi yoxdur, danışıqları, mədəniyyətləri də Azərbaycan türkləri ilə eynidir. Ona görə də biz Fuzilini Azərbaycan şairi adlandırırıq. Fuzuli də Kərkük türküdür. 500 il əvvəl Əcəm İraqı Azərbaycan imperiyasının təkibində olub. Hətta Diyarbəkirin özü vaxtilə, Uzun Həsənin dövründə Ağqoyunluların paytaxtı olub. O bölgədə Diyarbəkir də daxil olmalqla, kürdlərin dövlət qurumları olmayıb. Onlar köçəri tayfalar kimi türklərin hakimiyyəti altında olan ərazilərdə yaşayıblar. Bir dəfə onlar cəhd ediblər ki, Diyarbəkiri ələ alsınlar. Şah İsmayılın vaxtında hucum ediblər, onda da onları qırıblar və 7 min kurd əsir alınıb”.
“Kərkükdə kürd yox, Azərbaycan türklərinin muxtariyyəti yaradılmalıdır”
Cəlaloğlu qeyd etdi ki, bu gün kürdlərin özlərinin yaşadığı və muxtariyyət elan etdikləri ərazinin belə, onlara aidiyyatı deyil: “Bu, tarixən onların ərazisi deyil. Səfəvilər imperiyası dağılandan, İraq Əcəmi ərəblərin tabeçilyinə keçəndən sonra kürdlər orada toplaşıblar və kompakt yaşamağa başlayıblar. İndi də orada dövlət yaratmaq cəhdindədirlər. Bərzaninin ağalıq etdiyi Mosuldan bu tərəfə hamısı Azərbaycanın tarixi torpaqları olub. Səfəvilərdən sonra müəyyən müddət Mosul, Kərkük Osmanlıların tabeçiliyinə keçib. Bu baxımdan, bu topaqlar tarixən aborigen olan Azərbaycan türklərinə aid torpaqlardır. O cümlədən kürdlərin də məskunlaşdığı ərazilər Azərbaycan türklərinin torpaqlarıdır. Orada bir muxtariyyət yaradılmalıdırsa, kürd yox, Azərbaycan türklərinin muxtariyyəti yaradılmalıdır. Kərkük də burada aparcı bir dövlət olmalıdır. Ona görə də istər bügünkü Azərbaycan dövləti, istər Cənubi Azərbaycan, istərsə də Türkyə türkləri Əcəm İraqında baş verən hadisələrə laqeyd qala bilməzlər. Çünki onlar həm bizim qan qardaşlarımızdır, həm də o topaqlar bizim tarixi torpaqlarımızdır. Ona görə, orada bir müxtariyyət bayrağı qaldırılmalıdırsa, Azərbaycan türklərinin bayrağı qaldırıla bilər. Başqa heç bir bayraq qaldırıla bilməz”.
“Kürd Muxtariyyətinin mövcudluğu Türkiyənin dəstəyi ilə mümkün olub”
ADP sədri onu da dedi ki, bu gün İraqda Kürd Muxtariyyətinin mövcudluğu Türkiyənin dəstəyi ilə mümkün olub: “Türklər dəstək verməsə, kürdlər orada özlərinə muxtariyyət yarada bilməzdi. Ona görə, Ərdoğan axırıncı dəfə çıxşında dedi ki, biz əvvəlki qərarımızı dəyişə, yəni Kürd Muxtariyyətinin yaradılmasından əlimizi çəkə bilərik. Məlumdur ki, Səddam Hüseynin dönəmində də kürdlər İraq ərazisində, yəni indki Kürd Muxtariyyəti olan ərazidə muxtariyyət yaratmaq istəyirdilər. Hansı ki, həmin muxtariyyəti elan etmək istəyən kürdlər, təxminən 100 min kürd kütləvi qırğın silahı ilə öldürüldü, onların liderlərinə də ölüm cəzası verildi”.
“Kürd Muxariyyətinin olması Türkiyə dövlətinin kürdlərə verdiyi bir mükafatdır”
S.Cəlaloğlunun fikrincə, ərəblərə, İraq dövlətinə qalsaydı, kürdlər orada heç vaxt muxtariyyət yarada bilməzdi: “Amma Türkiyənin dəstəyi ilə orada müxtariyyət yaradılıb. Ona görə də Kürd Muxtariyyətinin rəhbəri Bərzani Türkiyə ilə, PKK və PYD ilə fərqli bir münasibətdədir. Türkiyə əlini çəkərsə, İraq hökuməti orada qısa bir müddət ərzində Kürd Muxtariyyətini ləğv edər. İraqda Kürd Muxariyyətinin olması Türkiyə dövlətinin kürdlərə verdiyi bir mükafatdır. Kürdlər bundan istifadə edib, Tükiyənin özünə də nankorluq edəcəklərsə və Türkiyənin maraqlarına, yəni Kərkük türklərinə qarşı düşmənçilik edəcəklərsə, onda təbii ki, Türkiyə Bərzaninin Kürd Muxtariyyətini tanımayacaq, onunla əməkdaşlıq etməyəcək və qısa müddət ərzində Bərzanin yaratdığı Kürd Muxtariyyəti ləğv olunacaq. Düzdür, burada müəyyən mənada bir qırğın ola bilər. Amma İraqın, Türkiyənin razlıq vermədiyi bir Kürd Muxtariyyəti Türkiyənin sərhədlərində ola bilməz”.
“Nankorlar cəzalandırılmalıdır”
S.Cəlaloğlu vurğuladı ki, əgər kürd liderlər Türkiyəyə qarşı nankorluq edərlərsə, onlar cəzalandırılmalıdır: “Ərdoğan dünənki çıxışında mesaj olaraq Bərzaniyə çatdırdı ki, biz öz mövqeyimizi dəyişə bilərik, yəni İraqdakı Kürd Muxtariyyətini dəstəkləməkdən imtina edə bilərik. Siz orada bayraq qaldırsanız, onda Kürd Muxtariyyəti umumiyyətlə mövcud ola bilməz. Həqiqətən də Türkiyə dəstəyini çəkən günü Kürd Muxtariyyəti olmayacaq. Bunu Bərzani də, digər kürdlər də bilir ki, Türkiyə istəməsə, Kürd Muxtariyyəti ola biləməz. Belə çıxır ki, sən mənim razılığımla bir muxtariyyət yaradıbsan, indi başlayıbsan həmin silahı mənə qarşı istifadə edirsən, nankorluq edirsən, nankor da cəzalandırılmalıdır”.
““Kürd dövləti”nin yaranması 5 dövlətin məhv edilməsinə xidmət edən bir imperialist silahdır”
S.Cəlaloğlunun sözlərinə görə, Kürd Muxtariyyətinin və kürdlərin dalında duran imperialist qüvvələr İslam dünyasını parçalmaq, İslam dünyasında böyük geopolitik dəyişikliklər yaratmaq üçün kürd kartından istifadə edirlər: ““Kürd dövəti”nin yaranması Azərbaycan, İran, Türkiyə, İraq Suriya 5 müsəlman dövlətini münaqişəyə cəlb etmək deməkdir. Bunu hamı baş düşür ki, bu “kürd dövləti” yaranarsa, ərəb, fars, türk dövlətləri bu “kürd dövləti” ilə müharibə vəziyyətində olacaq. Bu da imkan verəcək ki, bu münaqişədən Qərb ölkələri 5 ölkənin içərisində gedəcək ictimai-siyasi proseslərə təsir etsin. Ona görə də nə İran, nə də türklər, nə də ərəblər burada bir “kürd dövləti”nin yaranmasına imkan verməyəcəklər. “Kürd dövləti” yaranarsa, bu o demkdir ki, İran, İraq, Türkiyə, Suriya və Azərbaycan oyuna çəkildi. Yalnız o halda bu 5 dövlət oyuna çəkilə bilər ki, imperialisit qüvvələr burada bir müstəqil “kürd dövləti”nin yaranması ilə razlılaşsınlar. Kürd Muxtariyyəti dövlət demək deyil, İraqa tabedir. Bu dövlətlər də oyuna çəkilməmək üçün kifayət qədər stateji siyasət aprırlar. Bilirlər ki, bölgədə kürd dövlətinin yaranması bu 5 dövlətin məhv edilməsinə xidmət edən bir imperialist silahdır, açardır”.
“Mosul da tarixən türklərin ərazisi olub”
“Səddam Hüseynin nəvəsi də bəynat yayıb ki, Mosula İranın yox, Tükiyəyənin qruplaşmaları daxil ola bilər” fikirnə isə S. Cəlaoğlu belə münasibət bildirdi: “Çünki həmin ərazilərdə həm türklər yaşayır, həm tarixən Tükiyənin torpaqları olub. Türkyənin dövlətinin strateji maraqları tələb edir ki, o bölgədə Türkiyənin nüfuzu olsun. Yoxsa bir fars və yaxud Amerikanın təsirinə malik biri o bölgədə siyasi vahid yaradarsa, bu, Tükiyə dövləti və orada yaşayan türklər üçün təhdiddir. Mosul da tarixən türklərin ərazisi olub. Sonradan Türkiyə birinci dünya müharibəsində parçalandı və Türkiyə könüllü olaraq həmin dövrün şərtlərinə uyğun türklərin yaşadığı bəzi ərazilərin İraqın tərkibinə daxil olmasına razılıq verdi. Qeyd etdiyim kimi, bu ərazilər əvvəl bizim olub, sonra isə Osmanlıların ərazisi olub, heç vaxt orada ərəb, kürd, fars hakimiyyəti olmayıb. Orada son min ildə türklərin hakimiyyəti olub”.
“1920-ci ildə həmin bölgəni Türkiyə İraqa verib”
Cəlaloğlu xatırlatdı ki, 1920-ci ildə həmin bölgəni Türkiyə İraqa verib: “Bu o demək deyil ki, sən orada bildiyini edəsən. Adətən hansı dövlət öz topaqlarını müəyyən şərtlər daxilində verəndə həmin torpaqlar üzərində o dövlət özünün müəyyən müstəsna siyasi hüquqlarını saxlamaq şərti ilə verir. Yoxsa mən ərazimi verim sənə, sən də mənim əleyhimə, dövlətimə təhlükə kimi, dövlət yarat. Kürdlər bu iddialarından əl çəkməsələr, Türkiyə mütləq Mosul da daxil olmaqla, öz tarixi ərazilərini özünə qayataracaq və qaytarmalıdır. Çox təəssüf ki, biz vahid dövlət olmadığımıza görə, yəni Şimali Azərbaycan baxımından Kərkükün bizə aidiyyatı yoxdur. Cənubi Azərbaycandan baxanda görürük ki, Kərküklə Cənubi Azərbaycan sərhəddir. Yəni Azərbaycan dövlətinə vahid bir dövlət kimi nəzər salsaq, görərik ki, Kərkükün yerləşdiyi ərazi Əcəm İraqı deyilən ərazidir. İndi mən sənə ərazi vermişəm, sən o ərazini əlində saxlya bilmirsən, o halda əraizimi geri qaytaracam”.
“Tükiyənin Naxçıvanı tutmaq ixtiyarı var”
Cəlaloğlu onu da əlavə etdi ki, Naxçıvan da Tükiyənin razılığı ilə Azərbaycana verilib: “Azərbaycan Naxçıvanı öz tabeçiliyində saxlaya bilməsə, kimsə onu işğal etsə, “Qars” və “Moskva” müqaviləsinə görə, Tükiyənin Naxçıvanı tutmaq ixtiyarı var. Eynilə buna uyğun müqavilə də həmin ərazilər üzrə var. Yəni Tükiyə ərazilərini İraqa elə-belə verməyib, o şərtlərlə verib ki, orada İraq dövləti olsun. İraq dövləti orada olmayacaqsa, orada kürd, erməni dövlət yaradacaqsa, Türkiyə nəyə görə susmalıdır ki?! Ona görə də Türkiyənin tam hüquqi, siyasi əsası var ki, kürdlər artıq-əskik hərəkət etsələr, Kürd Muxtariyyətinin ərazisi də daxil olmaqla, o ərazilərin hamsını tutub, öz suverenliyini bərpa etsin”.
Hurriyyet.org