Türkiyədə fransalı diplomat ölüb

9-04-2017, 20:20           

Bu gün Türkiyədə hava şarının güclü küləyin təsiri ilə öncə yüksək gərginlikli elektrik xəttinə, daha sonra isə yerə çırpılması nəticəsində ölən turistin şəxsiyyəti müəyyənləşdirilib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Kapadokyada hava şarının yerə çırpılması nəticəsində ölən şəxsin Fransanın İstanbuldakı baş konsulunun müavini Vincent Cavmantat olduğu məlum olub.

Qeyd edək ki, hava şarının yerə çırpılması nəticəsində 20 nəfər yaralanıb. Yaralıların həyatı üçün təhlükə yoxdur.

***

saat 10.19

Türkiyədə turistlərin olduğu hava şarı yerə çırpılıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Kapadokyada küləyin təsiri ilə hava şarı yüksək gərginlikli elektrik xəttinə çırpılıb, daha sonra yerə düşüb.

Nəticədə 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru