Türk polisi Şanlıurfada baş vermiş terror aktını törədənləri zərərsizləşdirdi : PKK terrorçularının arasında 2 iranlı da var

10-04-2017, 01:11           

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu fevralın 17-də Şanlıurfa vilayətinin Viranşəhər rayonunda baş vermiş terror aktını kordinasi edən, PKK terror təşkilatının bölgə üzrə liderinin öldürüldüyünü açıqlayıb.
Avropa.info xəbər verir ki, Soylu terror aktı həyata keçirən PKK-çıların arasında iki İran vətəndaşı da olduğunu, onu həbs etdiklərini deyib.
“Övladlarımız Mardində daha 7 terrorçunu zərərsizləşdirdi. Allah hamısından razı olsun uşaqlarımızın. Bir övladımız yüngül yaralıdır. Terrorçulardan biri bu Viranşəhər partlayışını kordinasiya edən ,terrorçuların bölgə üzrə rəhbəri, digəri Mardin üzrə rəhbəri, digəri Bismilin bölgə rəhbəri, digəri terror aktını törədən şəxsdir. Biri isə ehtimal ki iranlıdır. Ötən gün daha bir iranlı terrorçunu həbs etdik” deyə Soylu qeyd edib.
Qeyd edək ki, Türkiyənin Şanlıurfa vilayətinin Viranşəhər rayonunda baş vermiş terror aktı nəticəsində 1 nəfər uşaq həyatını itirmiş, 15 nəfər yaralanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru